Tovuz rayonunun Ağacqala kəndində "QAZ" markalı yük avtomobili dərəyə aşıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə avtomobilin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.