ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində Corc Floyda görə davam edən etirazlar zamanı silahlı atışma yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, ən az iki nəfər yaralanıb.

İndianapolis  hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, polis hadisəni araşdırır, bununla yanaşı onlar atəşin polis tərəfindən açılmadığına əmindirlər. Şəhər polisi hələlik zərərçəkənlərin və ölənlərin kimliyi barədə məlumat verməyib.

Bildirilib ki, iğtişaşlar zamanı etirazçılar polis əməkdaşlarına hücum edib, ofis binalarının şüşələrini sındırıb və daha sonra isə atəş açıblar. Şəhər polisinin rəhbəri Randal Taylor şəhər sakinlərini qəddarlığa son qoymağa çağırıb.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra şəhəri və bir neçə digər ştatları kütləvi iğtişaşlar bürüyüb.