Ermənistanda daha 355 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 8 927-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 131-ə çatıb.

Bildirilib ki, indiyədək 3 386 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 715 aktiv koronavirus xəstəsi var.