Beyləqanda kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib.

Unikal.org xəbər verir ki,  hadisə rayonun Mil qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı 1970-ci il təvəllüdlü Dilruba Cəfərova ilə mübahisə edib. Mübahisə zamanı T.Muradxanov ət doğramaq üçün nəzərdə tutulan kəsici alət olan çapacaqla D.Cəfərovanın baş və bədən nayihələrinə çoxsaylı zərbələr vurub.

Qadın ağır xəsarətlərlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.