ABŞ Prezidenti Donald Tramp Minneapolis şəhərində qaradərili vətəndaş Corc Floydun öldürülməsini faciə adlandırıb.

Unikal.org xəbər verir ki, bu barədə “FOX 11 LA” məlumat yayıb.

“Corc Floydun Minneapolis küçələrində öldürülməsi ciddi faciədir, bu olmamalı idi. Bu, bütün ölkədəki amerikalıları dəhşət, qəzəb və kədərə qərq etdi”, - deyə D.Tramp bildirib.