ABŞ tezliklə tarixin "ən güclü silahlarına" sahib olacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Crew Dragon" kosmik gəmisinin Florida ştatında yerləşən kosmodromdan havaya qalxmasından sonrakı çıxışında deyib.

D.Tramp bildirib ki, o, artıq yeni silahların hazırlanması ilə tanış olub: "Tezliklə biz Marsa enəcəyik və tarixin ən güclü silahlarına sahib olacağıq. Mən artıq silahların hazırlanması ilə tanış olmuşam, hətta mən buna inana bilmirəm".