Milli Məclisin Sədri Sahibə Qafarova deputatlara növbəti dəfə irad bildirib.

Unikal.org xəbər verir ki, iclasda səsvermə zamanı spiker diqqətli olmadıqları  üçün deputatlara narazıllığını ifadə edib.

Spiker bildirib ki, yuxarıda oturan deputatlar telefondan başını qaldırmır: “Orada çox adam telefondan başını qaldırmır. Siz səsvermədə iştirak etdiklərinə əminsinizmi?”