Deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin müzakirəsi zamanı Naxçıvana uçuşlarla bağlı münasibət bildirib.

Unikal.org xəbər verir ki, deputat Naxçıvan Muxtar Respublikasının Azərbaycanla birbaşa quru yolun olmadığını deyib. Onun sözlərinə görə, Naxçıvanın Türkiyə ilə gediş-gəliş və digər məsələlər: “Naxçıvandan Türkiyəyə gedənlər müxtəlif adamlardır. Aralarında mövsümi işə gedənlər və digərləri də var. Üç ay ərzində onların gedib-gəlməsi, viza və bilet xərcləri kifayət qədərdir. Gərək qazandıqlarını ona xərcləyələr. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır.

Komitə sədri deyib ki, pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb: “Naxçıvana gediş-gəlişdə ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar və iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıb müəyyən qərarlar verməlidir”.