Ağdamda şadlıq sarayında yanğın baş verib. 

Unikal.org xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

Şadlıq sarayının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Obyekt sahibi hadisə yerinə gələnədək yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.