Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qətlə yetirilən ana ilə qızının şəxsiyyəti məlum olub. Ana Zeynalova Nəzrin, qızı isə Zeynalova Əminə Musa qızıdır.  

Məlumata görə, qətl ailə üzvləri tərəfindən törədilib. Hadisənin ev sahibi Musa Zeynalov və onun oğlu Tural Zeynallı tərəfindən törədildiyi bildirilir. Dəhşətli qətlin qısqanclıq zəminində baş verdiyi deyilir.

Qeyd edək ki, ailə Bərdə rayonunda məskunlaşsa da, əslən Ağdam rayonunun Maqsudlu kəndindən olan məcburi köçkünlərdir.

***08:59

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb

Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.