ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə baş qaldıran etiraz aksiyaları səbəbindən paytaxt Vaşiqntonda da komendant saatı tətbiq edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  şəhər meri Müriel Bouzer Tvitter səhifəsində məlumat verib.  

Onun sözlərinə görə, Kolumbiya şəhər dairəsində mayın 31-i yerli vaxtla saat 23:00-dan iyunun 1-i saat 06:00-dək komendant saatı tətbiq ediləcək. Bouzer, həmçinin əlavə edib ki, ABŞ-ın Milli Qvardiyasının hərbçiləri yerli polislərə dəstək verəcəklər.

Xatırladaq ki, daha əvvəl Minneapolis və Sent-Pol şəhərlərində, eləcə də Arizona ştatında komendant saatı tətbiq edilib.