ABŞ-da qara dərili Corc floyd adlı şəxsin polis tərəfindən öldürülməsindən sonra ölkədə etiraz aksiyaları səngimək bilmir.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, artıq bu səbəbdən ABŞ-ın ən böyük 2-ci ştatı olan Floridada fövqəladə vəziyyət elan olunub. Bildirilir ki, sözü gedən etiraz aksiyalarında polis tərəfindən insanlara zor tətbiq olunması halları davam edir.

Qeyd edək ki, ötən gün ABŞ-da keçirilən aksiyaların birində polis jurnalisti gözündən vurmuşdu.