İranın cənubunda yerləşən Fars əyalətinin Honc şəhərində 4,7 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ səhər saatlarında baş verib. Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olub, olmadığı barədə məlumat yayılmayıb.