Bakı-Sumqayıt yolu üzərindəki Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya postu'' sökülür.

Unikal.org xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan "Ekologiya postu"da söküntü işlərinə başlanılıb.Amma həmin ərazidə yeni post tikiləcək.

Qeyd edək ki, genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından "xarici dairəvi" yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol da tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən ''20 yanvar'' dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər.
Bakı-Sumqayıt yolu ilə yanaşı, günün pik saatlarında tıxacın yarandığı Xırdalan şəhərinin də əsas prospekti təmir edilir.