ABŞ-da təhsil alan türkiyəli tələbə Umut Felik bir müddət öncə Kaliforniya ştatında itkin düşmüşdü.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə ki, o, üzmək üçün San Xoakin çayına girib. Bu hadisədən sonra 27 yaşlı tələbədən xəbər alınmayıb.

Ötən gün isə U.Felik-in cəsədinin tapıldığı bildirilib. Qeyd edək ki, onun şəxsiyyəti yaxınları tərəfindən dəqiqləşdirilib.