Qlobal böhrana səbəb olan və dünyada 200-dən artıq ölkəyə yayılaraq pandemiyaya çevrilən  koronavirus yoluxmağa və can almağa davam edir.

Unikal.org xəbər verir ki, koronavirusa yoluxma ən çox ABŞ (1 837 170 nəfər), Braziliya (514 992 nəfər), Rusiyada (405 843 nəfər) müşahidə olunur.

Azərbaycanın sərhəd qonşuları Türkiyədə 163 942 yoluxma, 4 540 ölüm, 127 973 sağalma, İranda 151 466 yoluxma, 7 797 ölüm, 118, 848 sağalma, Ermənistanda 9 282 yoluxma, 131 ölüm, 3 386 sağalma və nəhayət, Gürcüstanda 783 yoluxma, 12 ölüm, 605 sağalma qeydə alınıb.

Bu dövlətlərin heç biri göstəricilərinə görə ilk onluğa daxil deyil.

Azərbaycanda koronavirus 5 494 nəfərdə aşkar edilib. Virusa yoluxanlardan 63-ü ölüb, 3 428-i sağalıb.