Ukraynada daha 340 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 24 012-yə çatıb.

Unikal.org xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 10 nəfər artaraq 718-ə yüksəlib.

Bildirilib ki, indiyədək Ukraynada 9 690 xəstə koronavirusdan sağalıb.