ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkə Prezidenti Donald Tramp haqqında müxtəlif iddialar yayılmağa başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yayılan iddialara görə, cümə günü Ağ Ev qarşısında keçirilən etiraz aksiyası zamanı Tramp sığınağa getmək məcburiyyətində qalıb. Xatırladaq ki, etirazçılar Ağ Ev binasına daşla hücum etmişdilər.