Rusiyada son bir gündə daha 9 035 nəfərə koronavirus diaqnozu qoyulub.

Unikal.org  xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 414 878 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 162 nəfər artaraq 4 855-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 175 877 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 297 nəfər.