“İyulun sonu avqustun əvvəli üçün rezidenturaya qəbulun olması planlaşdırılır”. 

Unikal.org  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. 

O bildirib ki, iyun və iyul ayı üçün bu imtahanın keçirilməsi düşünülmür: “Böyük ehtimalla bu imtahan avqust ayının əvvəlində iki mərhələli şəkildə keçiriləcək”.