İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 929 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 154 445-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 81 nəfər artaraq 7 878 nəfərə yüksəlib.

O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 121 008 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.