ABŞ-da qara dərili Corc Floyd adlı şəxsin polis tərəfindən öldürülməsinə qarşı etiraz aksiyaları davam edir.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, dünyaca məşhur müğənni Halsey də keçirilən etiraz aksiyalarından birinə qatılıb. O, polis tərəfindən plastik güllə ilə vurulub.

Məşhur müğənni məsələ ilə bağlı etdiyi açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, polislər aksiyalarda çox sayda insana atəş açırlar.