Koronavirusun geniş yayıldığı ölkələrdən biri olan İngiltərədə pandemiyanln yayılmasına qarşı tədbirlər davam etdirilir.

Unikal.org "The Independent"-ə istinadən xəbər verir ki, yeni qərarlara görə, artıq insanlar öz evlərindən başqa qapalı yerlərdə heç kimlə görüşə bilməyəcəklər. Eyni zamanda eyni evdə yaşamayan cütlüklər də cinsi əlaqəyə girə bilməyəcək. 

Qərarda "Əsaslı səbəbi olmadan heç kim öz evindən başqa heç bir yerdə gecə keçirə bilməyəcəyi" bildirilib. İnsan haqları vəkili Adam Vagner isə bu qərara etiraz edib.