Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, motosikletlə yük maşını toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Mirzəyev Zaur Rafiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün açıq sınığı diaqnozu qoyulub. (Report)