Rusiyada 400-dən çox jurnalist koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

Onun sözlərinə görə, beş KİV əməkdaşı pandemiyanın qurbanı olub, bir çox jurnalistlər isə xəstəliyi yüngül formada keçirib.

Bundan əlavə, Vladimir Solovyov qeyd edib ki, indiyədək dünyada 60-dan çox mətbuat nümayəndəsi COVID-19 xəstəliyindən vəfat edib.