Almaniya Bundesliqasında XXIX tur başa çatıb.

Unikal.org xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.

Orta pillələrdə qərarlaşan “Köln” Çempionlar Liqasına düşmək iddiasında olan “Leypsiq”i qəbul edib. Meydan sahibləri erkən qolla hesabı açıb.

Son 5 turda cəmi bir qələbə qazanmaqla liderdən uzaq düşən Leypsiqin eyniadlı təmsilçisi bu dəfə meydandan itkisiz ayrılıb. Qonaqlar məhsuldar keçən görüşdə əzmkar qələbəyə sevinib.

Qeyd edək ki, növbəti turun oyunları iyunun 5-7-də keçiriləcək.