Rusiyanın Müdafiə Nazirliyi hərbi qulluqçular arasından koronavirus peyvəndinin sınaqları üçün könüllülər seçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  sınaqlar üçün beşi qadın olmaqla, 50 hərbi qulluqçu seçilib.

“Bütün namizədlər ilkin tədqiqat və testlərdən keçiblər. Ay ərzində onlarda heç bir xəstəlik tapılmayıb”, - deyə nazirlikdən bildirilib.

Hərbçilərin ilk qrupu sınaqların keçirilməsi üçün iyunun 3-də Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunun nəzdində xüsusi müəssisəyə yerləşdiriləcək.