Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər ölüb.

Unikal.org  xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 009-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 158-ə çatıb. Ötən sutka koronavirusdan ölənlərin 5-i qadın, 14-ü kişidir. Yeni ölənlərin yaş aralığı 50-86 arasıdır. Onların hamısında xronik xəstəliklər olub. 

Bildirilib ki, indiyədək 3 427 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 368 aktiv koronavirus xəstəsi var.