Türkiyədə taksi sürücüsü hamilə qadını xəstəxanaya aparmaqdan imtina edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Kocaeli şəhərində baş verib. Belə ki, övladını dünyaya gətirmək üzrə olan Ayşe Haşim və həyat yoldaşı Mahmut Haşim taksiyə miniblər. Taksi sürücüsü isə avtomobilinin çirklənəcəyini bildirərək doğuş edən qadını xəstəxanaya aparmayıb.

Taksidən düşən Ayşe Haşim övladını pilləkənlərdə dünyaya gətirib. Qadın və yeni dünyaya gələn övladı hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılıb.

Həmin taksi sürücüsü polis tərəfindən saxlanılıb və ədliyyəyə göndərilib.