Əfqanıstanda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 7 mülki vətəndaş həlak olub, 6 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam Kunduz əyalətinin Xan Abad dairəsində baş verib.

Partlayış “Taliban” radikal hərəkatının nəzarətində olan bölgədə qeydə alınıb.

“Taliban” hələlik hadisəyə münasibət bildirməyib.