Dünyanın bir sıra mərkəzləri  görüntü və tarixləri ilə bütün diqqətləri üzərinə çəkib. Eləcə də bir sıra məşhur otellər öz tarixi sirrləri ilə gündəmə gəlib.  

Amerikanın ən məşhur "Cecil Oteli" isə tarixən dəhşətli cinayətlərə şahid olub.  

Amerikanın ən məşhur oleti olan "Cecil Hotel" Los-Anceles şəhərinin ən izdihamlı küçələrinin birində yerləşir. 

O heyranedici mənzərəsi ilə daim hər kəsin  diqqətini çəkib. 1924-cü ildə otel operatoru Uilliam Banks Hanner tərəfindən dünyanın hər yerindən olan iş adamlarına və Los-Anceles cəmiyyətinə xidmət etmək üçün inşa edilib.

Buna görə Hanner yalnız otelin foyesində olan mərmərlərə, heykəllərə, şüşə və xurma ağaclarına 1 milyon dollardan çox pul xərcləyib.

Açıldıqdan qısa müddət sonra, Böyük Depressiyanın təsirləri hiss olunmağa başlayıb və otelin ətrafındakı sahələr bataqlığa çevrilib. Orada baş verən bir çox sirli ölümlərdən sonra otelin adı “Ghost Hotel” (ruh oteli) olaraq adlandırılıb. "Cecil Hotel" ilk açıldığı gündən (1927-ci ildən bəri) bir çox qorxulu və sirli hadisələrə şahidlik. Bu illər ərzində "Cecil Hotel"də qəribə və izah edilməmiş paranormal hadisələr nəticəsində 10-dan çox fərqli ölüm hadisəsi baş verib. 

Unikal.org dünyanın ən sirli tarixi otelində baş verən paranormal hadisələri təqdim edir: 

1.    Amerikanın ən qorxulu  qatillərindən biri, 1985-ci ildə “Gecə təqibçisi” ləqəbli Riçard Ramirez otelin yuxarı otaqlarından birində yaşayıb. 

Ramirez 1984-1985-ci illər arasında Amerikada terror təhlükəsi yaradıb, cəmi bir il ərzində 13 nəfəri vəhşicəsinə öldürüb.  Ramirezin qurnamları həm qadınlar həm də kişilər olub.  O "qurbanlarını" öldürərkən çəkic, rezin tel, silah, bıçaq və scimitar (böyük bıçaq növü) kimi müxtəlif vasitələrdən istifadə edib. Ramirez həm vəhşi cinayətlərini davam etdirirdi, həm də  "Cecil Hotel"də bir gecəsi 14 dollardan qalıb.

Cinayət törədib otelə qayıdanda dərhal qanlı paltarını götürüb otelin zibil qabına adırdı. Otelin ətrafında çox sayda evsiz, sərxoş olduğu üçün onun törətdiyi cinayətlər diqqət çəkməyib. İddialara görə, məhz bu səbəbdən Ramirez bu oteldə yaşamağı seçib. Həbs olunarkən isə o artıq "Cecil Hotel"də qalmayıb. 


2.    1991-ci ildə Avstriyalı qatil Cek Unterveger də "Cecil Hotel" üçün “evim”deyirdi.

Untervegerin "Cecil Hotel"ə üstünlük verməsinin ən vacib səbəbi, Riçard Ramirezin burada qalması idi. Cek Unterveger əslində jurnalist-yazıçı olub. Gəncliyində bir qız öldürdüyünə görə həbs olunub. Bundan sonra 1991-ci ildə "Cecil Hotel"də qalıb. Buraya gəlməkdə məqsəd Los-Ancelesdəki cinayət hadisələrini yazmaq idi. Rəsmilərin sözlərinə görə, Unterveger Avropa və Amerikada sərbəst buraxıldıqdan sonra çox sayda qadını öldürüb. Kaliforniyaya səfəri zamanı onun "Cecil Hotel"də olduğu müddətdə 3 fahişə öldürdüyü müəyyən edilib. 

3.    "Cecil Hotel"in ən məşhur qonaqlarından biri də “Qara Dahlia” kimi tanınan Elizabet Şortdur.
Şortun cəsədi “Leimar Park”da 15 yanvar 1947-ci il səhər saatlarında qızı ilə gəzintiyə çıxan bir qadın tərəfindən tapılıb.  Əvvəlcə, Elizabetin cansız bədəninin maneken olduğunu zənn edib. Daha sonra bunun insan cəsədi olduğunu görən qadın kimi reallığını anladıqda dərhal polisə xəbər edilib.  Yaşı iyirmi yaşlarında olduğu təxmin edilən gənc qadın dəhşətli bir qətlin qurbanı olub. 

Bədəni belindən ikiyə ayrılmışdı və bu hissələr bir-birlərinə ayrılmayacaq şəkildə yerləşdirilib. Hadisə yerində və cəsəddə demək olar ki, heç bir qan olmayıb. Bu da cəsədin başqa yerdə törədilib həmin əraziyə atıldığı fikrini ağıla gətirib. Gənc qadının cəsədində çoxsaylı kəsiklər, yanıqlar və qırıqlar aşkar edilmişdir. Sinəsi kəsilmiş, burnu qırılmış, cinsiyyət orqanı otla ldurulub və zədələnib. Ölümündən sonra qadının cansız bədəni ilə anal əlaqədə olduğu bəlli olub.  Ekspertiza zamanı cəsədin tapıldıqdan ən az yetmiş iki saat əvvəl öldüyünü və əllərində, ayaqlarında ip izləri tapıldığını ortaya çıxıb. 

4.   "Cecil Hotel"də baş verən ən əsrarəngiz hadisələrdən biri 2013-cü ildə baş verib,  Kanada Universitetinin tələbəsi Elisa Lamın cəsədi itkin düşdükdən 3 həftə sonra otelin damındakı su anbarında çılpaq vəziyyətdə tapılıb. 


"Cecil Hotel"də qalan Elisa Lam itkin düşməzdən bir gün əvvəl otelin yaxınlığındakı bir kitab evinə getdiyi məlum olub.  Kitab satıcısının açıqlamasına görə, Elisa ondan kitab alarkən çox şən olub.    


Elisanın yoxa çıxmasından təxminən on gün sonra, Los-Anceles Polis əməkdaşları qızın ən son görüntüləndiyi liftin kamera qeydlərini izləyib. Elisa Lamın liftdəki hərəkətləri son dərəcə qəribə, izaholunmazdır. Görüntülərdə Elisa, əvvəlcə liftin hərəkət etməməsinin səbəbini anlamağa çalışır, sakit şəkildə hərəkət etməsini gözləyir və bundan sonrakı davranışları hər kəsi şoka salır. Onun bir şeydən qorxduğu üçün liftdə gizləndiyi ortaya çıxıb. Liftin işləməsi üçün düymələri basır. Nəhayət, liftdən çıxır və kamerada görnüməyən bir şeylə danışır, əlləri və ayaqları yellənir, əlləri və ayaqları fərqli şəkildə bükülür Bundan sonra Elisa liftin olduğu yeri tərk edir və bu görüntüdən sonra Elisa itkin düşür. 

Bu şok görüntülərin yayımlanmasından beş gün sonra "Cecil Hotel"in müştəriləri otaqlardakı suyun rənginin və dadının qəribə olduğu barədə şikayət etməyə başlayırlar.

Otel rəhbərliyi otelin damındakı su çənlərini yoxlamaq üçün texnik göndərir və bu zaman Elisa Lamın çılpaq cəsədini su anbarlarından birinin içərisinə tapılır. Geyimləri isə su çəninin içərisində tapılır.

Ekspertiza zamanı qızın qanında spirt və ya dərman aşkar edilmir. Ölümünün səbəbinin boğulması və bədənində xarici travma olmadığı izah edilib. Araşdırmalar zamanı polis qızın depresiyaya düşdüyünü və  bu səbəbdən intihar etdiyini deyib.  

5.    1962-ci ildə iki nəfərin intihar etməsi ... 
1962-ci ilin oktyabrında "Cecil Hotel"in 9-cu mərtəbəsində qalan 27 yaşlı Paullline Otton və əri Devey Otton hər zamanki kimi yenə mübarizə aparırlar. Mübarizədən yorulandan bir müddət sonra Devey otağı tərk edir. Yalnız qalmış gənc qadın özünü öldürmək qərarına gəlir və 9-cu mərtəbədəki otaqlarının pəncərəsindən ataraq intihar edir. Gənc qadın həmin vaxt otelin yanından keçən 62 yaşlı Corc Gianininin üstünə düşüb. Hər ikisi hadisə yerində ölürlər.


6.    1944-cü ildə qan donduran qətl! 


Sevgilisi ilə birlikdə Cecil Oteldə qalan 19 yaşlı  ruhi sağlamlığı yerində olmayan Doroti Jean Purcell. Doroti gecə yarısı qarın ağrısı ilə oyanır, dərhal tualetə qaçır. Ancaq qadın bunun qarın ağrısı olmadığını hiss edir. Daha sonra hamilə olduğunu öyrənir.Gənc qadın tualetə körpəsini dünyaya gətiri  və yeni doğulmuş körpəni otağın pəncərəsindən ataraq öldürür. 

7.    1931-ci ildə baş verən ilk sirli ölüm. 


Manhetten çimərliyində yaşayan 46 yaşlı kişinin 1931-ci ildə itkin düşdüyü bildirilir. Ölkə daxilində axtarış kampaniyası başlanılır. Saxta adı ilə Norton adı altında "Cecil Hotel"ə girdiyi və   zəhər içərək intihar etdiyi açıqlanıb. Onun cəsədi tapıldığında bir həftədən çox ölüdüyü bildirilib.  

8.    Norton, bəlkə də "Cecil Hotel"də intihar edən ilk adam idi, amma son olmadı. 


Həmin gündən sonra Cecil Oteldə onlarla insan intihar etdi. Hətta bir dəfə kimsə boğazını ülgüclə kəsərək intihar edib.  Ən azı üç nəfərin otelin pəncərəsindən atlayaraq intihar etdiyi qeyd edilib.


9.    1964-cü ildə Goldie Osqood otağında boğulub, bıçaqlanı və təcavüz edilib.


Təqaüdçü telefon operatoru Goldie Osqood, göyərçin bəslənməyi çox sevdiyinə görə onu “Güvercin Goldie” adlandırdı. O 4 iyun 1964-cü ildə "Cecil Hotelin"dəki otağında vəhşicəsinə öldürülüb. Osqood boğulub, bıçaqlanıb və təcavüz edilib. Sonra otağı dağıdılıb və soyundurulub. Cəsəd tapıldıqdan qısa müddət sonra polis yaxınlarda qan ləkəsi olan Jak B. Ehlinger adlı bir gənci həbs edilib. Cinayətin baş verdiyi vaxt gənc otelin yaxınlığında olduğunu, bunun üzərindəki qanın Osqooda aid olduğunu düşünülərək, gənc həbs edilib. Ancaq sübut olunmayıb və gənc sərbəst buraxılıb. Osqoodun qatili hələ də tapılmayıb.  

10.   "Cecil Hotel"də son intihar hadisəsi 2015-ci ildə baş verib. 


Polisin verdiyi məlumata görə, bir oğlan otağında intihar edib. Bu hadisə "Cecil Hotel"də vahiməli hadisələrim davam etməsi ilə bağlı şayiələrə səbəb olub. 

Qeyd edək ki, 2014-cü ildə Koston Alderete adlı bir uşağın çəkdiyi fotoda otelin pəncərələrindən birində görünən ruhun xəyal olduğunu iddia edilib.  Alderete, bu şəkli çəkdiyi gündən bəri yata bilmədiyini və hər zaman kabus yaşadığını söyləyib.

Cinayət və intihar mərkəzi kimi xatırlanan otelin adı "Stay on Main" deyə dəyişdirilib. Ancaq ön tərəfdəki "Hotel Cecil" yazısı tarixinə görə saxlanılır.