ABŞ-da iğtişaşlar nəticəsində çox sayda mağazadan oğurluq edilib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, həmin mağazalardan biri də məşhur telefon istehsalçısı "Apple"dır. Şirkət tərəfindən edilən açıqlamada oğurlanan telefonların geri qaytarılması üçün çalışdıqlarını bildirilib.

Belə ki, "Apple Store"dan oğurlanan bütün telefonlar blok olunub. Yəni, həmin telefonlar istifadəyə yararsız vəziyyətdədir.