"ABŞ COVID-19-la bağlı dərmanların idxalına maneə yaratmaqla 83 milyon iranlının səhhətini girov götürüb".

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, Avropa İttifaqı (Aİ) ölkələrindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qınamalarını istəyib.

Ruhani bildirib ki, ABŞ vətəndaşları bu yolun özlərinə də faydalı olmayacağını başa düşməlidirlər: “Nüvə razılaşmasının çökməsi hamının zərərinədir”.