Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

Unikal.org xəbər verir ki,  hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M. Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi,  2004-cü il təvəllüdlü  İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

Nəticədə İ. Şəbiyev boğularaq ölüb. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.