Dünyaca məşhur amerikalı basketbolçusu Ues Anseld vəfat edib.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, 74 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.

Qeyd edək ki, əfsanəvi basketbolçu kariyerası boyunca "Vaşinqton Vizards" və "Baltimore"də oynayıb. O, 1968-1969 mövsümündə ölkəsində ilin ən yaxşı və ən dəyərli oyunçusu seçilib.