Fransada 2016-cı ildə polis avtomobilində ölən qaradərili gənc Adama Traore ilə bağlı atiraz aksiyası keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Adama Traore haqqında həqiqət” çağırışı ilə Ədalət Sarayı binasının önündə toplaşanlar polis zorakılığına qarşı etiraz edib.

Məlumata görə etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polisin göz yaşardıcı qazla müdaxilə etdiyi deyilir. Aksiyaya 19 min insan qatılıb. Onların arasında “sarı jiletlilər” də olub.

Qeyd edək ki, exspertiza gəncin ölümündə polisin günahı olmadığını bildirsə də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.