Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əksər dünya ölkələrində çox sayda insanın bir yerə toplanması qadağan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən iclaslar onlayn qaydada keçirilməyə başlayıb. Belə olan halda isə bəzi istifadəçilərin kameraları və mikrofonları istəmədən açıq qalıb, xoşagəlməz hallar yaşanıb.

Meksikalı senator Martha Lucia Micher da "Zoom" proqramı vasitəsilə digər jurnalist və senatorlarla onlayn formada iclas keçirib. Koronavirus mövzusu ilə əlaqədar keçirilən iclas zamanı kamerasının bağlı olduğunu zənn edən 66 yaşlı qadın paltarlarını dəyişib.

İclasda iştirak edənlərdən biri isə meksikalı senatorun çılpaq fotolarını sosial şəbəkədə paylaşıb. Məsələ ilə bağlı açıqlama verən Micher peşman olmadığını bildirib:

"Qadın bədəninin bir əşya kimi görülməsinin əleyhinəyəm. 66 nyaşlı qadınam. Üç övladım var və hamısı hal-hazırda yaxşı yerlərdədirlər. Onları dünyaya gətirib süd verdiyim üçün bədənimdə dəyişikliklər ola bilər. Bu isə utanılacaq bir şey deyil. Bədənimlə fəxr edirəm. 40 ildir insan haqları üçün mübarizə aparıram.