Qərbi Afrika ölkəsi olan Qanada yanacaq dolu tanker mikroavtobusla toqquşub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Hadisə nəticəsində yanğın meydana gəlib və 12 nəfər həlak olub. Ölənlərdən biri tankerin sürücüsü, qalan 11 nəfəri isə mikroavtobus sərnişinləri olub. 

Eyni zamanda qəza nəticəsində çox sayda insan yaralanıb. Xəsarət alanlar xəstəxanaya aparılıb.