Ukraynanın Krivoy Roq şəhərində itkin düşmüş Azərbaycan vətəndaşı axtarılır.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 13 yaşlı İbrahim Talıb Ramil oğlu mayın 28-də səhər evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun harada olduğu barədə indiyədək heç nə məlum deyil.