2020-ci ilin əvvəlinə  ölkədə 31 800 həkim fəaliyyət göstərib.

Unikal.org-un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 21 mini  qadın, 10 800-ü isə kişidir. Həkimlərin 26 800 nəfəri dövlət, 5 mini qeyri-dövlət  tibb müəssisələrində çalışır.

Bildirilib ki, 2019-cu ildə rezidenturanı bitirmiş mütəxəssislərin sayı 278 nəfər olub.