Türkiyənin Adana ərazisində  dəhşətli qətl hadisəsi baş verib. 

Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, “sevgi tələsi” quran və iplə boğaraq öldürülən zəngin iş adamı Mehmet Nuri Dəlibaşın cinayətkarı Ayşe Özgün evində polislər tərəfindən saxlanılıb. 

Belə ki,  heyvan alverinə başlayan  Halil İgid  və  Məlik Karakaş, bir müddət onra Mehmet Nuri Dəlibaş adlı şəxsdən  borc pul götürüblər. Daha sonra 115.000 TL borcunu ödəyə bilməyən Halil, Mehmet Nuri Dəlibaşı öldürmək qərarına gəlib.

Bundan sonra Məlik Karakaş, dostları Vakıf Reşit Efe və Ali Önal  ilə birlikdə qətl üçün hərəkətə keçib. Delibaş üçün tələ qurmağa qərar verən 3 nəfər, Önalın sevgilisi  29 yaşlı Ayşe Özgündən kömək istəyib. Şübhəlilərin pul vədinə inandığı Özgün, özünü universitet tələbəsi kimi təqdim edərək Delibaşla telefonda danışmağa başlayıb. 

Ayşe Özgün qadın rəfiqəsi Hanife İbili ilə birlikdə şübhəlilərin yaşadığı evə gələrək burada Dəlibaşa zəng edərək evə dəvət edib. Evə girəndən sonra Dəlibaşı tək qoyaraq Ayşe Özgün və Hanife İbili tualetə getmək bəhanəsi ilə çıxıblar. Belə ki,  Karakaş, Önal və Efe otağa daxıl olaraq Dəlibaşı boğaraq öldürüblər.  Cinayətin üstünü örtmək üçün onun  cəsədini öz avtomobilinin baqajına yerləşdiriblər. 

Bu hadisədən sonra Adana Təhlükəsizlik və Asayiş Şöbə Müdirliyi İcra Bürosunun əməliyyatçıları şəxsləri həbs edərək barələrində cinayət işi açıb.

Lakin uzun zaman ərzində axtarışda olan Ayşə Özgün “sevgi tələsi” adıyla aldadaraq evinə gətirdiyi Dəlibaşın ölmündə təqsirli bilinərək əməliyyatçılar tərəfindən evində saxlanıb.  Qadın ədliyyəyə gətirilib və mülki məhkəmədə ömürlük həbs cəzası oxuduqdan sonra həbsxanaya göndərilib.