Bakıda daha bir yol qəzası baş verib.

Unikal.org xəbər verir ki,  hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində olub. "VAZ 21 07" markalı minik avtomobili yol hərəkəti qaydalarını kobud pozaraq prospektdə qarşı hərəkət zolağına çıxıb.

Yolda kobud qayda pozuntularına yol verən avtomobil "Mercedes"lə toqquşub. "VAZ 2107" markalı avtomobilin sürücüsü maşından düşərək hadisə yerindən qaçıb.

Araşdırmalar zamanı məlum olub ki, "VAZ 2107" həmin sürücüyə məxsus olmayıb və o avtomobili oğurlayıb. Paytaxt ərazisində yol polisinin "Saxla!"" əmrinə tabe olmayan sürücü qarşı hərəkət yoluna keçərək ərazidən uzaqlaşmaq istəsə də qəza törədib. Hadisə zamanı yol polisinin avtomobili də zədələnib.

Faktla bağlı araşdırma aparılır.(trend)