ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları zamanı çox sayda insan həlak olub.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, ölkənin Luiz ştatında bir mağazanı qorumağa çalışan və təqaüddə olan David Dorn adlı polis öldürülüb. 77 yaşlı keçmiş polisin öldürülməsi ilə bağlı cianyət işi başladılıb.

Həmçinin David Dornun qatilini tapan şəxsə 10 min dollar (17 min manat) mükafat veriləcəyi bildirilib.