Hindistanın Qondal şəhərində diri-diri basdırılan Kapil Marakana qəbirdən çıxa bilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə "The Times of India"da məlumat paylaşılıb. 

Belə ki, Marakanın keçmiş müdiri öz itkilərində onu günahlandırdığı üçün yoldaşları ilə birlikdə eks-işçisini qaçırdaraq döyüb. Daha sonra isə əl-ayağını bağlayaraq torpağa basdırıb.

Polisin bildirdiyinə əsasən, Marakana üzün cəhdlərdən sonra ayaqlarını azad edib, sonra isə torpağın altından tamamilə çıxa bilib.

O, yaxınlıqdakı həbsxanaya qaçaraq baş verənləri polisə danışıb.

Cinayətkarlar saxlanılıb.