ABŞ-da etirazların başladığı gündən bəri hüquq-mühafizə orqanları azı 9,3 min etirazçını saxlayıb.

Unikal.org istinadən xəbər verir ki, bu barədə “Associated Press”in hesablamalarında göstərilib.

Ən çox etirazçı Los Ancelesdə saxlanılıb - təxminən, 2,7 min nəfər. Nyu-Yorkda isə, təqribən, 1,5 min adam tutulub. Dallas və Hyustonda (hər iki şəhər Texas ştatında yerləşir), eləcə də Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə yüz etirazçı saxlanılıb.

İğtişaşlara qarşı mübarizədə yerli hüquq-mühafizə orqanlarına tez-tez ABŞ Milli Qvardiyası yardım edir. Hazırda 28 ştatda və Kolumbiya federal dairəsində 20,4 min hərbçi asayişin qorunmasına cəlb olunur. Vaşinqton və Nyu-York daxil olmaqla, 40-a yaxın şəhərdə komendant saatı tətbiq edilib.