Bildiyiniz kimi, ABŞ-da Corc Floydn adlı qara dərili şəxs polis tərəfindən saxlanılarkən öldürülüb.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, onun ailəsi ilk dəfə məsələ ilə bağlı açıqlama verib. Corcun həyat yoldaşı Roksi Vaşinqton əri üçün ədalət istədiyini qeyd edib:

"Bizim əlimizdən nəyi aldığınızı bilmənizi istəyirəm. Onlar gün sonunda evlərinə qayıdıb ailələri ilə birlikdə olurlar. Mənim 6 yaşlı qızım Giannanın isə artıq atası yoxdur. Atası onun böyüdüyünü görə bilməyəcək. "