Peruda son gün ərzində daha 133 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 767-ə çatıb. Eyni zamanda son 24 saat ərzində 4 845 yeni yoluxma faktı qeydə alınıb. 

Beləliklə, Peruda "Covid-19"a yoluxanların sayı 174 884-ə yüksəlib. Onlardan 69 257 nəfəri müalicə olunaraq sağalıb.