Koronavirus pandemiyası ilə əlaqədar yeni iddialar yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koroanvirusla bağlı aylardır gizlədilən hesabat ortaya çıxıb. Nəticədə məlum olub ki, koronavirusla bağlı  məlumat Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) vaxtından gec verilib.

İddialara görə, Çin höküməti koronavirusun yayıldığının dünyadan 2 həftə müddətinə gecikdirib. ÜST tərəfindən edilən açıqlamada bildirilib ki, əgər koronavirusla bağlı məlumatlar daha tez yayılsa idi, bu qədər insan pandemiyanın qurbanına çevrilməyə bilərdi.