Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 514 min 429 nəfərə çatıb.

Unikal.org  "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 384 min 645 nəfərdir. İndiyədək 3 milyon 101 min 151 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.