Axtarışda olan terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Hələlik terrorçunun şəxsiyyəti açıqlanmayıb.

Qeyd olunub ki, Hakkari bölgəsində könüllü təslim olan terrorçunun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi pul ayrılmışdı.